
Uruqvay yığmasının hücumçusu Luis Suares dünya çempionatını buraxa bilər. Sportnet.az xəbər verir ki, İngiltərə "Liverpul”unun oyunçusu millinin məşqi zamanı dizindən zədələnib.
Məşq zamanı 27 yaşlı forvard meniskindən xəsarət alıb və həkimlərin rəyinə əsasən əməliyyat olunmalıdır. Bu tip əməliyyatlardan sonra bərpa müddəti 4-6 həftə təşkil edir. Uruqvay Futbol Federasiyası da Suaresin əməliyyat olunma ehtimalını yüksək sayıb. Federasiyanın rəsmi açıqlaması bu gün dərc olunacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 12-də start götürəcək. Luis Suares bu mövsüm İngiltərə Premyer Liqasında 31 qolla bombardir olur.