ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann Braziliyada təşkil olunacaq dünya çempionatı üçün yekun heyətini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, ən böyük gözlənilməzlik ölkə tarixinin ən yaxşı hücumçusu Lendon Donovanın "23-lük"dən kənarda qalmasıdır.
Qapıçılar: Bred Quzan ("Aston Villa”, İngiltərə), Tim Hovard ("Everton”, İngiltərə), Nik Rimando ("Solt-Leyk-Siti”)
Müdafiəçilər: Damarkus Bizli ("Puebla”, Meksika), Mett Besler ("Kanzas Siti”), Con Bruks ("Herta”, Almaniya), Ceff Kemeron ("Stok Siti”, İngiltərə), Timoti Çendler ("Nernberq”, Almaniya), Omar Qonsales ("Los-Anceles”), Fabian Conson ("Hoffenhaym”, Almaniya), Deandre Yedlin ("Sietl”) ;
Yarımmüdaiəçilər: Kayl Bekerman ("Solt-Leyk-Siti”), Alexandro Bedoya ("Nant”, Fransa), Maykl Bredli ("Toronto”), Bred Devis ("Hyüston”), Miks Diskerad ("Rusenborq”, Norveç), Yulian Qrin ("Bavariya”, Almaniya), Cermeyn Cons ("beşiktaş”, Türkiyə), Qrem Zusi ("Kanzas”);
Hücumçular: Cozi Altidor ("Sanderlend”, İngiltərə), Klint Dempsi ("Sietl”), Aron Yohansson (AZ, Hollandiya), Kris Vondolovski ("San-Xose”).
Qeyd edək ki, ABŞ millisi dünya çempionatı öncəsi ilk yoldaşlıq görüşünü Azərbaycan millisinə qarşı keçirəcək. Oyun mayın 27-də saat 19:00-da (Bakı vaxtı ilə 28 may saat 7:00-da) San-Fransisko şəhərində təşkil olunacaq.