
2014-cü il dünya çempionatında ən çox futbolçu İngiltərə komandalarından olacaq. Sportnet.az-ın məlumatına görə, 32 yığmanın iştirak ərizəsinə salınmış 736 oyunçudan 119-u məhz bu ölkənin klublarını təmsil edəcək.
Futbolçuların 104-ü isə Premyer Liqada mübarizə aparır. Klublar arasında ən çox oyunçu ilə təmsil olunanı isə Almaniya "Bavariya"sıdır. Mundiala Münhen komandasının 15 futbolçusu yollanıb.