Braziliyada
keçiriləcək dünya çempionatından FİFA-nın əldə edəcəyi gəlir 4,5 milyard dollar
təşkil edəcək. Sportnet.az-ın İTAR-TASS-a istinadən xəbərinə görə, turnirin təşkili
üçün FİFA-nın xərcləyəcəyi məbləğ 2 milyard dollardan bir qədər artıqdır.
FİFA-nın baş katibi Jerom Valke mundialın ilk həftələrinin daha çətin keçəcəyini dilə gətirməklə yanaşı, hər şeyin nəzarət altında olacağına da əminliyini bildirib: "Gəlirimizin 4,5 milyard dollar civarında olacağını gözləyirik. İyunun 12-də start götürəcək turnirə tam hazırıq. Yığma komandalara hazırlıq üçün ən yaxşı bazalar verilib. Heç bir problemin yaşanmayacağını qətiyyətlə söyləyə bilərəm”.