
İtaliya yığmasının hücumçusu Mario Balotelli "Fluminense" ilə yoxlama oyununda (5:3) topuğundan zədə alıb. Sportnet.az-ın "Tuttosport"-a istinadən məlumatına görə, bu səbəbdən 23 yaşlı forvard millinin heyətində bir neçə məşqi fərdi proqram üzrə keçəcək.
Qeyd edək ki, italyanlar Braziliyada keçiriləcək dünya çempionatının qrup mərhələsində Uruqvay, Kosta-Rika və İngiltərə yığmaları ilə qarşılaşacaqlar.