İngiltərə millisinin kapitanı Steven Cerard DÇ-2014 çərçivəsində keçiriləcək İtaliya ilə oyunu buraxa bilər. Sportnet.az-ın "Goal.com”a istinadən məlumatına görə, buna səbəb 34 yaşlı futbolçunun zədələnməsidir.
Ötən gün keçirilən məşqdə qasığ nahiyəsindən xəsarət alan Cerard hazırlığını yarımçıq dayandırıb. Təcrübəli yarımmüdafiəçinin italiyanlara qarşı oynayıb-oynamayacağına tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, İngiltərə - İtaliya qarşılaşması Bakı vaxtı ilə iyunun 15-də saat 02:00-da keçiriləcək.