
FİFA Braziliyada keçiriləcək dünya çempionatının oyunları zamanı hakimlərə 2 dəfə fasilə elan etməyə icazə verib. Sportnet.az sovsport.ru-ya istinadən xəbər verir ki, "su fasilələri" qarşılaşmanın 30 və 75-ci dəqiqələrinə təsadüf edə bilər.
Futbolçular hər fasilə zamanı 3 dəqiqə dincəlmək hüququ əldə edəcəklər. Bu vaxt kəsiyi hər hissənin əsas vaxtına əlavə olunacaq.
Qeyd edək ki, hakimlərin "su fasiləsi" elan etməsi üçün FİFA bir şərt qoyub: havanın hərarəti 31 dərəcədən yüksək olmalıdır.