
Beynəlxalq Futbol Federasiyası (FİFA) 2018-ci il dünya çempionatınının təşkili üçün Rusiyaya ayıracağı maliyyə yardımının həcmini təsdiq edib. Sportnet.az-ın məlumatına görə, qurumun Braziliyanın San-Paulo şəhərində baş tutan Konqresində şimallılara 2,153 milyard dolların ayrılacağı qərara alınıb.
Standard@Poors agentliyinin iddiasına görə, Rusiyada keçiriləcək növbəti mundiala ümumi xərc 20 milyard dollar təşkil edəcək. Bu da dünya çempionatları tarixində rekord olacaq.
Hazırda ən bahalı mundial statusu DÇ-2014-ə məxsusdur. Braziliyada bu gecə start götüərəcək DÇ-2014-ün xərcləri 14 milyard dollar təşkil edir.