
İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ yarışmasının ilk oyun gecəsi arxada qalıb. Sportnet.az-ın məlumatına görə, dünya çempionatının açılış oyununa proqnoz verən AFFA rəsmisi Rüstəm Rəhimov və İTV-in əməkdaşı Elman Himayətoğlu qalibi düzgün müəyyənləşdiriblər.
Ancaq futbol aləmində daha böyük təcrübəyə malik Rəhimov, həmkarımızı top fərqini dəqiq müəyyənləşdirməkdə qabaqlamağı bacarıb. Braziliya - Xorvatiya matçının 2:0 meydan sahiblərinin xeyrinə başa çatacağını bildirən sabiq hakim, aktivinə 2 xal yazdırıb.
İTV-dən olan həmkarımıza gəlincə, o, braziliyalıların 2:1 hesablı qələbəsini proqnozlaşdırıb və bunun nəticəsində aktivinə 1 xal yazdırmağı bacarıb.
Qeyd edək ki, Braziliya - Xorvatiya görüşü 3:1 hesabı ilə dünya çempionlarının xeyrinə başa çatıb.