
Braziliyanın San Paulu şəhərində keçirilmiş futbol üzrə XX dünya çempionatının açılış mərasimi və ilk oyununun tamaşaçıları arasında azərbaycanlı rəsmilər də olub. Sportnet.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, Braziliya – Xorvatiya qarşılaşmasını AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov da izləyib.
Qeyd edək ki, oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.