
Kot d İvuar yığmasının yarımmüdafiəçisi Yaya Ture DÇ-2014-ün C qrupunda mübarizə aparan komandasının Yapopniyaya qarşı görüşündə ən yaxşı futbolçu seçilib. Sportnet.az-ın məlumatına görə, o, 50 sərrast ötürmə və çərçivəyə 2 dəqiq zərbə ilə yadda qalıb.
Qeyd edək ki, Turenin komandası ötən gecə əzmkar qələbə qazanıb. Qapısında 16-cı dəqiqədə qol görən Kot d İvuar yığması buna 2 dəqiq zərbəylə cavab verib.