
Braziliyanın Sorokaba şəhərində məskunlaşan futbol üzrə Honduras yığmasının qaldığı hotel yaxınlığında atışma baş verib. Sportnet.az-ın məlumatına görə, qarşıdurma bankomatları yarmaq istəyən oğrularla polis arasında yaşanıb.
Honduras yığması hadisə ilə bağlı artıq FİFA-ya şikayət edib. Bu gecə baş tutmuş atışmadan narahatçılıqlarını gizlətməyən Honduras nümayəndə heyətinin təhlükəsizlik xidmətinin rəhbəri Saul Masaryeqos yaşadıqlarını bu cür nəql edib: "Artıq otaqlarımızda idik. Kimlərsə çemodanlarındakı əşyalarını çıxarırdı, kimlərsə də yatırdı. Gecə saat 2-də küçədə atəş səsləri gəldi".