Səmədov mundialdakı debüt matçından razılığını da bildirib: "Biz yaxşı oynamağa çalışdıq. Amma ağır oyun oldu. Güclü həyəcan təsirsiz ötüşmədi. Daha təcrübəli oyunçular meydana daxil olduqdan sonra oyunumuz bir qədər də yaxşılaşdı. Onlar özlərini yaxşı tərəfdən göstərdilər. Bərabərlik qolumuzu vuran Kerjakova halaldır. Cənubi koreyalılar yaxşı hazırlıqlı vəziyyətdə idilər. İkinci yarıda yoruldular və biz hücumlarımızın kəsərini artırdıq. Qol vurmaq imkanlarımız da var idi. Dünya çempionatındakı debütümdən razıyam. Matçın sonlarında qol vurmaq imkanım var idi. İstədim ki, qapıya zərbə endirim, amma topu saxlamaq lazım idi. Artıq oyunun sonları idi, qərar qəbul etmək çətin görünürdü".
Səmədov Cənubi Koreya millisinin qolu zamanı kobud səhvə yol verən qapıçı İqor Akinfeyevi müdafiə edib: "Akinfeyev dəfələrlə komandamızı xilas etdi. Hər şey əladır".
Qeyd edək ki, Aleksandr Səmədov Cənubi Koreya ilə qarşılaşmada 90 dəqiqə meydanda olub.