
Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatının qrup mərhələsində son oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, 1-ci qrupda yer alan yığma Bakı İdman Sarayında son Avropa çempionu, turnirin 1 nömrəli reytinq favoriti Danimarka seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da yığmamız yarışda mübarizəni dayandırıb. Milli komanda daha əvvəl keçirilən oyunlarda İngiltərə və İspaniyaya 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Avropa çempionatına fevralın 16-da yekun vurulacaq.