
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə həvəskar xanımlar arasında Bocce yarışı təşkil olunacaq.
Sportnet.az xəbər verir ki, yarış 6 mart 2025-ci il tarixdə Baki Atletika Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, Bocce Azərbaycan İdman klubun təşkilatçılığı ilə təşkil olunacaq.
Yarışda bir sıra dövlət və özəl qurumların 30 komandası güclərini sınayacaq. İştirakçılar hər biri mükafatlandırılacaq. I, II, III yer tutan komandlar xüsusi mükafat veriləcək.