
Azərbaycan Badminton Federasiyasında yeni təyinat olub.
Sportnet.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Əjdər Cəfərov prezident Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.
Cəfərov Əjdər Xosrov oğlu 2011 – 2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.