
Rusiya nümayəndə heyəti III MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə Rusiyanın idman naziri və Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarev açıqlama verib.
Deqtyarev Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovdan şəxsən dəvət aldığını da bildirib. Lakin o, öz səfərinə dair ayrıca qərar verəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabrda Azərbaycanın 7 şəhərində kaçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq. Rusiya nümayəndə heyətinin tərkibinə 260-dan çox idmançı daxil edilib.