
Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.
Sportnet.az xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 88 (59-17-12) medalla liderdir.
Azərbaycan isə 60 medalla ikinci pillədə qərarlaşıb: 7 qızıl, 21 gümüş və 32 bürünc medal.
Üçüncü yerdə isə Belarusdur – 49 (7-18-24) medal.
Bu günə qədər III MDB Oyunlarında 7 ölkənin idmançıları medal qazanıb.
Ümumilikdə, Oyunlarda 13 ölkənin atletləri iştirak edir.