
III MDB Oyunlarında Qəbələ şəhərində keçirilən badminton yarışında yarışda Azərbaycan millisinin üzvü Leyla Camalzadə gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, Camalzadə final görüşündə Rusiya təmsilçisi Marina Tarasovaya 0:2 hesabı ilə məğlub olub - 10:21, 8:21.
Qeyd edək ki, daha öncə Azərbaycan badmintonçuları 6 bürünc medal qazanmışdılar.