
III MDB Oyunlarında bu gün 4 idman növü üzrə mübarizə gedəcək.
Sportnet.az-ın məlumatına görə, yarışlar Gəncə və Şəkidə təşkil olunacaq.
Şəki şəhər stadionunda saat 11:00-da Azərbaycan və Özbəkistanın çövkən üzrə milli komandaları final matçında üz-üzə gələcək.
Eyni saatda Gəncə Olimpiya İdman Kompleksində yunan-Roma güləşçiləri ayrı-ayrı çəki dərəcələrində döşək üzərinə çıxacaqlar.
Saat 12:00-da Gəncə İdman Sarayında qılıncoynatmanın şpaqa və sablya növləri üzrə oğlan və qızların komanda yarışlarına start veriləcək.
Eyni saatda Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə fərdi və komanda çoxnövçülüyündə finallar başlanacaq.
Azərbaycan bu idman növlərinin hamısında təmsil olunacaq.