Badminton üzrə “Azerbaijan International 2026” beynəlxalq turnirinə yekun vurulub.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 33 ölkədən 347 badmintonçunun yarışdığı “International Challenge” kateqoriyalı turnirin son yarış günündə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.
Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən turnirdə kişilərin şəxsi yarışında Dominik Kvinta (Polşa), qadınların şəxsi yarışında Devika Sihaq (Hindistan), kişi badmintonçuların qoşa yarışında Aleks Qrin-Zax Russ (İngiltərə) tandemi, qadınlarda Miku Sugiyama-Natsumi Takasaki (Yaponiya) qoşası, qarışıq-qosa kateqoriyasında isə hindistanlı Sazvik Reddi Kanapuram və Radhika Şarma turnirin qalibi olub.
“Azerbaijan International 2026”nın qalib və finalçılar medal və pul mükafatları ilə təltif olunub.
Mükafatlandırılma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov iştirak edib.




























































































