Milli Paralimpiya Komitəsinin (MPK) yeni və 30 illik yubiley münasibətilə hazırlanan loqoları təqdim olunub.
MPK-nın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, ilkin baxışdan olduqca sadə görünən yeni loqo özündə böyük mənaları və Paralimpiya ruhunu ehtiva edir.
Loqoda Azərbaycanın üçrəngli bayrağını sürətlə zəfərə doğru aparan paralimpiyaçı əks olunub. Eyni zamanda, rənglərdən mavi özünəinamı, qırmızı əzmlə irəliləməyi, yaşıl isə güc və qüvvəni simvolizə edir.
Komitənin adının aşağısında isə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) loqosu göstərilib.
Qeyd edək ki, loqonu IPC rəsmən təsdiqlənib.
1996-cı ildə təsis olunan və 2026-cı ildə 30 illik yubileyini qeyd edən MPK-nın yeni loqoya uyğunlaşdırılmış yubiley loqosu da ictimaiyyətə təqdim edilib.















































































