Azərbaycanın kamandan oxatma üzrə milli komandasının fevralın 16-da Bolqarıstanın Plovdiv şəhərində start götürəcək qapalı məkanda Avropa çempionatı üçün heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, altı gün davam edəcək yarışa Yaylagül Ramazanova, Fatimə Hüseynli, Məhəmmədəli Əliyev, Lalə Əbdürəhmanova, Nilufər Ağaməmmədli, Lalə İsmayılova, Yağmur Qurbanlı, Sərdar Vəliyev, Nurlan Rəhimli və Hüseyn Məhərrəmov yollanacaq.
Proqrama əsasən, milli üzvləri fərdi, komanda və qarışıq yarış növlərində mübarizə aparacaqlar.
















































































