Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev İtaliyanın Milan və Korteza şəhərlərində keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, Litvintsev qısa proqramda çıxış edib.
O, hakimlərdən 63,63 xal alıb və yekunda 29 iştirakçı arasında 29-cu yeri tutub.
Rusiyalı legioner "24-lüy"ə düşə bilmədiyi üçün sərbəst proqrama vəsiqə qazana bilməyib.







































































