Dünya Badminton Federasiyası (BWF) üzv federasiyalar üçün məlumat sessiyaları keçirib.
Sportnet.az xəbər verir ki, federasiyalara yeni 3×15 hesab sistemi barədə izah verilib. Bu məsələ Dünya Badminton Federasiyasının İllik Ümumi Yığıncağında səsverməyə çıxarılıb.
BWF üzvləri bu sistemi təsdiqləyib. Yeni formatın 4 yanvar 2027-ci ildən tətbiq olunması planlaşdırılır.
3×15 hesab sistemi təklifi badmintonda mövcud 3×21 formatının əvəzinə setlərin 15 xala qədər oynanılmasını nəzərdə tutur.
Məqsəd oyunların daha dinamik, qısa və tamaşaçılar üçün daha cəlbedici olmasına nail olmaqdır.
BWF bununla bağlı təqdimat slaydları, rəsmi hesabatlar və digər məlumat materiallarını üzv assosiasiyalar üçün əlçatan edib.








































































