1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çingiz Hüseynzadə: "Vitali Rəhimovun medalını qaytarmaya bilərik"
"2013-2016 illərinin hesabatı dinlənildi. Gördüyümüz işlər davam etdiriləcək. Büdcə məsələsi müzakirə olunmadı. Biz əvvəlki iclası keçirəndə heç "Bakı 2015" I Avropa Oyunları, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyimizi bilmirdik". Sportnet.az-ın məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında deyib.
Ç.Hüseynzadə 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarında qazanılacaq medalların sayının artırılmasına çalışacaqlarını və hazırlıqların bu gündən başladığını bildirib: "Növbəti Olimpiya Oyunlarına hazırlıq bu gündən başlayır. Hazırlıq elə səviyyədə olmalıdır ki, Tokoiodakı nəticələr Rio-de-Janeyrodan zəif olmasın".
O, bəzi idman növlərində, xüsusilə üzgüçülük, atletika, qılıncoynatma, otüstü hokkeydə olan problemlərdən söz aıb: "Bəzi idman növləri - üzgüçülük və atletika kütləvi medal növləridir. Bu növlər bizdə zəif iştirak edib. Zəif deməzdim, iştirak etmişik, amma medal qazana bilməmişik. Bunların da obyektiv səbəbləri var. Üzgüçülükdən danışırıq, Avropa Oyunlarına qədər 50 metrlik Olimpiya standartlarına uyğun olan hovuzumuz yox idi. Hovuz olmayan yerdə də idmançı hazırlamaq çətindir. Atletikada dünya standartlarına cavab verən iki qaçış zolağı var. Biri Bakı Olimpiya Stadionu, digəri isə Tofiq Bəhramov adına Respublika Stadionundadır. İndi vəziyyətimiz daha yaxşıdır. Yeni tikilmiş Su Mərkəzində yığma komandalarımız ciddi hazırlaşır. Ümid edirəm ki, Tokio olimpiadasına qədər idmançı yetişər. Eyni sözü atletikaya da şamil etmək olar. Hər hansı bir güləşçini, boksçunu 2-3 ilə hazırlamaq olursa, üzügüçülük və atletikada bu ən azı 8 il tələb edir. Çünki onlar rəqibə qarşı yox, vaxta qarşı yarışır. Üzgüçülüyə 5-6 yaşında başlamaq lazımdır. Ümid edirəm ki, Tokioda atletika yarışlarında medal qazanacağıq. Həndbol Federasiyasının yeni prezidenti seçildi. Saleh Məmmədov kənardan gələn adam deyil. O, "Azəryol" klubuna rəhbərlik edib. İnanıram ki, nəticələr olacaq. Yeni rəhbərlik qarşısında ciddi məqsəd qoymuşuq. Azərbaycan gələn il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında layiqincə iştirak etməlidir. Qılıncoynatma Federasiyasında isə vəziyyət ağırdır. Fəaliyyətini qura bilməyən bir çox federasiyalarda dəyişiklik olacaq. Otüstü hokkeyə gəlincə, bu qurumun rəhbərliyi həm də Güləş Federasiyasına başçılıq edir. Bizim otüstü xokkey komandamız vardı. Amma heyəti əsasən xaricilər idi. Bunun da təsiri olmadı. Bir məsələ də var ki, bu idman növünə gəlmirlər. Legionerlərin gəlişi idmanın inkişafına müsbət təsir göstərir. Amma xaricilərin gəlişi Azərbaycanda otüstü xokkeyin inkişafına kömək etmədi. Cənab Prezidentin göstərişinə əsasən bütün federasiyaların işi ilə bağlı analiz aparırıq".
Vitse-prezident Bakının 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Bu ür xəbərlər düzgün deyil. Artıq namizədlər də müəyyənləşib. Bu mümkünsüz bir şeydir. Azərbaycanın Olimpiya Hərəkatına ev sahibliyi edəcəyi ilə bağlı danışıqlar gedir. Hələ müzakirə imzalanmayıb. Avropa Olimpiya Komitəsi bu barədə Belarusla müqavilə imzalayıb. Həmin müqavilə ləğv olunacaq. Çünki Belarus II Avropa Oyunlarına ev sahibliyi edəcək. Biz Hərəkatla bağlı öz namizədliyimiz hələ geri çəkməmişik".
Ç.Hüseynzadə idmançıların dopinq testdə ilişməsinə, Azərbaycanda dopinqə qarşı mübarizədən danışıb: "Dopinqlə bağlı təhlükənin qarşısını almaq üçün Azərbaycanda dopinq haqqında qanun qəbul olunmalıdır. Bu qanun dünən qəbul olunub. Azərbaycanda bu qanuna istinad edən Anti-Dopinq Agentliyi yaradılmalıdır. Azərbaycan WADA-nın anti-dopinq sistemləri təşkilatın məcəlləsinə uyğun olmayan ölkələr siyahısına düşüb. İlin sonuna qədər agentlik yaradılacaq və bu siyahıdan çıxmalıyıq. İnanmıram ki, indi hansısa idmançının dopinqdə düşməsinə görə "Rio-2016"dakı nəticələrimiz ləğv olunmayacaq. Çünki bütün beynəlxalq komitələr Rio-dakı yarışların təmiz olduğunu bildirib. Kimlərdənsə medalların alınmasına inanmıram. Əsasən Pekin-2008-də olan məsələlərdir. Bilirsiniz ki, Macarıstanın paytaxtı Budapeşət idman nazirlərinin iclasında da WADA tənqid olunub. Çünki əvvəlləri qurdalayanda hər bir ölkədə problem çıxır. Bizdə çox deyil. Vitaliy Rəhimova gəlincə, ilk olaraq yerli Olimpiya Komitəsinə bununla bağlı məktub gəlir. Onlar həmin idmançıya məxsus diplomları tələb edirlər. Çünki o idmançını iştirakçı siyahısından çıxarırlar. Biz də federasiyaya müraciət edirik. Rəsmi olaraq Güləş Federasiyasına müraciət edib qərarı bildirmişik. Federasiya nə vaxt medal, diplomu bizə versə, biz də onu beynəlxalq komitəyə göndərəcəyik. Həmin medal və diplomu qaytarmamaq hüququmuz var. Bu zaman ərizə yazıb Beynəlxalq Olimpiya Komitəsinin tərkibindən çıxmalıyıq".