İranın İdman Nazirliyi bütün idman federasiyalarına Türkiyəyə komanda və idmançı göndərmələrini qadağan edib.
Sportnet.az İranın Ankaradakı səfirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu qərar Türkiyədəki mövcud vəziyyət və təhlükəsizlik məsələləri lə bağlı qəbul edilib.
Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyi zərurət olmadığı halda vətəndaşlarına Türkiyəyə getməməyi də məsləhət görüb.