
Belarusun paytaxtı Minskdə hokkey üzrə dünya çempionatı keçirilib. Sportnet.az-ın məlumatına görə, finalda Rusiya və Finlandiya yığmaları üz-üzə gəlib.
15112 azarkeşin izlədiyi görüş şimal qonşularımızın qələbəsi ilə yekunlaşıb - 5:2. Matçı Rusiya prezidenti Vladimir Putin də izləyib.
Qeyd edək ki, bürünc medala 3-cü yer uğrunda görüşdə Çexiyanı 3:0 hesabı ilə yenən İsveç sahib olub.