1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Digitürk" Azərbaycanda! - FOTOLAR
Digiturk Azərbaycanın "Caspium Group” şirkəti ilə qurduğu əməkdaşlıq nəticəsində Azərbaycanda hədəflərini böyüdür.
Sportnet.az xəbər verir ki, Türkiyənin lider rəqəmsal yayım platforması olan "Digiturk Azərbaycan"ın bu sahədə fəaliyyətə başlamış şirkəti "Caspium Group”la iş birliyi gerçəkləşdirib. İmzalanan 3 illik müqavilə çərçivəsində "Digiturk" əyləncə və idman məzmunlu yüzlərlə kanalını ən son texnologiyaya uyğun şəkildə tamaşaçılara təqdim etməklə, Azərbaycanda mövcud olan tamaşaçıların böyük bir kütləsinə xitab etməyi hədəfləyir.
Yenilikçi çalışmalarla sektoruna öncüllük edən Digiturk beİN MEDİA GROUP-un güclü qatqısı ilə irəliləməkdə davam edir.
Azərbaycan bazarında hədəflərini böyüdən Digiturk "Caspium Group” MMC ilə önəmli bir əməkdaşlığın təməlini qoydu. Digiturk imzalanan 3 illik müqaviləyə əsasən xidmət şəbəkəsini genişləndirdirərək mövcud müştərilərinə daha keyfiyyətli xidmət göstərməklə yanaşı, bazarda sürətlə böyüməyi hədəfləyir.
Noyabrın 8-i Bakıda Digiturkün yeni dönəmdə Azərbaycanda göstərəcəyi xidmətlər və hədəflərin açıqlandığı təqdimat mərasimi baş tutub. Digiturk marketinq və satışdan sorumlu qrup başqanı Erem Demircanla bərabər Digiturk satışdan sorumlu Başqanı Aydın Çamlıbel və Caspium Group şirkətinin icraçı direktoru Azər Cabbarovun da iştirak etdiyi tədbirdə platformanın həm mövcud abunəçilərə, həm də yeni müştərilərə daha geniş məzmunlu yayım təqdim ediləcəyi bildirildi. Digiturk yenilikləri ilə Azərbaycanda bazar payının əhəmiyyətli bir hissəsinə sahib olmağı hədəfləyir. Bu əməkdaşlıq ilə "Sizə sadəcə Digiturk yetər” vədimizə güc qazandırırıq”.
Tanıtım mərasimində Azərbaycanın Digiturk üçün əhəmiyyətli bir bazar olduğunu və bölgədəki potensialı dəyərləndirmək amacıyla sürətli və dinamik bir xidmət şəbəkəsi yaratdıqlarını bildirən Digiturk marketinq və satışdan sorumlu qrup başqanı Erem Demircan qeyd edib ki, Digiturk yarandığı ilk gündən indiyədək öncül bir texnoloji şirkət olaraq daim inkişaf edib. Xüsusilə, beİN MEDİA GROUP ailəsinə qatılmaqla Digiturk hər coğrafiyada müştəriyə uyğun məhsul və xidmətlərin, zəngin məzmunlu kanalların, yenilikçi texnologiyaların birmənalı olaraq lideri olmaq hədəfi ilə fəaliyyətini davam edir. O, bildirdi ki, Azərbaycan bizim üçün xüsusi könül bağımızın olduğu özəl bir ölkədir. İmzaladığımız müqavilə nəticəsində sürətli, dnamik servis şəbəkəmiz sayəsində azərbaycandakı dostlarımız Digiturkün əyləncə və idman məzmunlu yüzlərlə kanalarından təşkil olunan yayımı ən son texnoligiya ilə izləyə biləcəklər. 3 illik nəzərdə tutulan anlaşmamız ilə Digiturkün yenilikçi və zəngin dünyasını sərhəddləri aşıb daha çox insanla paylaşaraq təqdim etdiyimiz xidmətdən faydalanan müştəri sayını artırmağı hədəfləyirik. "Sizə sadəcə Digiturk yetər” vədimizə güc qazandıran bu əməkdaşlıqdan böyük xoşbəxtlik duyuruq.
Daha sonra Caspium Group şirkətinin icraçı direktoru Azər Cabbarov çıxış edərək bildirib ki, bu gün dünyanın ən dinamik inkişaf edən, ən innovativ ölkələrində biri olan Azərbaycan Respublikasında müxtəlif sahələrdə müasir texnoloji yeniliklər tətbiq olunur. Rəqəmsal tv və radio xidmətləri də artıq dövrün tələbinə çevrilib. İndi Azərbaycan tamaşaçısı evində 100-lərlə müxtəlif dillərdə, fərqli ölkələrin tv kanlını seyr edə bilir. Bu gün biz bunların arasına daha birini- Digiturk video platformasını da qatırıq. Dünyanın bir çox ölkəsində tamaşaçıların görüşünə gələn Digiturk platforması bizim "Caspium Group” şirkətilə imzalanmış müqaviləyə əsasən Azərbaycanda daha da böyüməyi, xidmət və yayın səviyyəsini daha da artırmağı hədəfləyir. Milli Televiziya və Radio Şurası şirkətimizə bu fəaliyyətin həyata keçirilməsi üçün müvafiq lisenziya verib.
Azər Cabbarov qeyd edib ki, Azərbaycanda türk telviziya kanallarına tamaşaçı marağı böyükdür: "Bu, hər şeydən əvvəl aramızda dil fərqinin olmamasından irəli gəlir. Biz ümumilli liderimizin qeyd etdiyi kimi 1 millət 2 dövlətik. Digiturk onlarla film, əyləncə, idman kanallarını yüksək HD keyfiyyətində tamaşaçılara təqdim edir. Digiturk platformasının Azərbaycanda ən böyük tələb gördüyü isə beİN sports kanallarında nümayiş olunan Spor Toto Super Lig maçlarıdır. Bu gün Azərbaycanda Fənərbaxça, Galatasaray, Beşiktaşın minlərlə tərəfdarı var və derbi oyunlarında Bakının küçələri eynilə İstanbuldakı kimi tərəfdarlarla dolur. Digiturklə birgə fəaliyyətimiz həm də Azərbaycanda idmanın, futbolun daha da inkişafına, təbliğinə və sevilməsinə xidmət edir. Ümidvarıq ki, yaxın illərdə bizim də qatqılarımızla Azərbaycanda futbolla məşğul olan gənclərin və azarkeşlər ordusunun sayı daha da artacaq".
Sonra tədbir bədii hissə ilə davam edib.