Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz” bu gün proqnozsevərlərə 39 oyun təklif edir. Onlardan 18-nə canlı, 5-nə isə həm canlı, həm də "təkli” mərc etmək olar.
Günün ən maraqlı oyunu İspaniya La Liqasında XIII turun son qarşılaşmasıdır. San-Sebastyanda "Real Sosyedad” "Selta”nı qəbul edəcək. 3 oyundur qələbə qazana bilməyən "Selta” uğursuz gedişata bu tur son qoymağa çalışacaq. "Real Sosyedad” isə 3 oyunluq məğlubiyyətsizlik seriyasını davam etditmək əzmindədir. "Selta” qalib gələcəyi halda 15-ci sıradan 10-cu yerə qədər irəliləyə bilər. 13-ci pillədəki san-sebastyanlılar isə axşamkı dueldən 3 xalla ayrılacaqları halda, 9-cu sıraya yüksələcəklər.
Görək, cədvəldə xeyli irəliləmək imkanından hansı tərəf istifadə edəcək? Qarşılaşmaya "Topaz”da həm "təkli”, həm canlı mərc edə bilərsiniz. Əmsallar: "Real Sosyedad”ın qələbəsi 1.75, heç-heçə 3.30, "Selta”nın qələbəsi 3.70.
Günün digər "təkli” oyunları isə "Göztəpə” - "Başakşehir” (kod 110, saat 21:00), "Panionios” - "Lamiya” (kod 959, saat 21:30), "Kalyari” - "Torino” (kod 973, saat 23:30) və "Börnli” - "Nyukasl” (kod 111, saat 00:00) görüşləridir.
Seçim və qazanmaq imkanı öz əlinizdədir. Mərcinizi ən yaxın "Topaz” məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiniz.