1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın mövsümdə son avrokubok oyunu "Topaz"da
Bu axşam ilin son avrokubok matçları keçiriləcək. Avropa Liqasında qrup mərhələsinin VI turunun 24 qarşılaşması növbəti mərhələyə vəsiqə qazanacaq bütün komandaların adına aydınlıq gətirəcək. Artıq 1/16 finala çıxmaq şansını itirmiş Azərbaycan çempionu "Qarabağ" üçün isə bu, mövsümün son avrokubok oyunu olacaq. Londonda - nəinki qrupun, turnirin favoritlərindən olan "Arsenal"la qarşılaşacaq Ağdam klubunun xal qazanma ehtimalı çox azdır. Bununla belə, azı İspaniya "Atletiko"su ilə ötənilki görüşünü yada salıb, sensasiyaya az da olsa, ümüd etmək olar.
"Arsenal" qrup liderliyini təmin etdiyindən, "Qarabağ"la matçda heyətdə bəzi gənc oyunçulara yer veriləcək. Baş məşqçi Unay Emeri bunu açıq şəkildə jurnalistlərə bildirib. İspaniyalı mütəxəssis təcrübəli futbolçulardan zədəsini sağaldan Loran Koselni və Məsut Özilin də heyətdə yer alacağını açıqlayıb. Hansı heyətlə oynamasından asılı olmayaraq, "Arsenal" "Qarabağ" qarşısında aşkar favorit sayılır.
Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" bu qarşılaşmaya həm canlı, həm də "təkli" mərc qəbul edir. Əmsallar: "Arsenal"ın qələbəsi 1.20, heç-heçə 4.80, "Qarabağ"ın qələbəsi 8.45.
Ümumiyyətlə, "Topaz"ın bugünkü proqramında 41 matç yer alıb. Onlardan 30-na canlı, 23-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. "Təkli oyun" statusu verilən qarşılaşmaların hamısı Avroliqanın görüşləridir. Burada həlledici xarakter daşıyan oyunların sayı da kifayət qədərdir. I qrupunda "Beşiktaş"a 1/16 finala çıxmaq üçün bu axşam İsveç "Malmö"sündən 1 xal almaq yetərlidir. Rəqibə isə mütləq qələbə lazımdır. "Qara qartallar"da zədə səbəbindən Pepe, Entso Roko, Rayan Babel və Caner Erkin meydana çıxmayacaq. İndiyədək "Malmö" ilə keçirdiyi 5 dueldən yalnız birini qazanan "Beşiktaş"ı bu axşam da ağır oyun gözlədiyi şübhə doğurmur. "Topaz"da qarşılaşmaya bu əmsallarla mərc edə bilərsiniz: "Beşiktaş"ın qələbəsi 1.60, heç-heçə 3.60, "Malmö"nün qələbəsi 4.80.
G qrupunun "Villareal" (İspaniya) - "Spartak" (Moskva, Rusiya) görüşü də həlledici əhəmiyyət daşıyır. İspaniyalılar 5 oyundan 7 xalla qrup lideridir. Moskva klubu son sırada qərarlaşsa da, liderdən cəmi 2 xal geri qalır. Yəni, bu axşam "Spartak" səfərdə qalib gələrsə, pley-off mərhələsinə vəsiqəni təmin edəcək. Heç-heçə "Vilyarreal"ın xeyrinə olacaq. Eyni sözləri bu qrupdakı digər oyun - "Rapid" (Vyana, Avstriya) - "Qlazqo Reyncers" (Şotlandiya) matçı haqda da demək olar. 7 xal toplayan "Rapid"i heç-heçə də qane edir. Qlazqolulara isə yalnız qələbə lazımdır. Hər iki qarşılaşmaya "Topaz"da canlı və "təkli" mərc edə bilərsiniz. Əmsallar: "Villareal"ın qələbəsi 1.45, heç-heçə 3.80, "Spartak"ın qələbəsi 5.20. "Rapid"in qələbəsi 2.20, heç-heçə 3.15, "Qlazqo Reyncers"in qələbəsi 2.65.
Bunlardan başqa axşamkı oyunlar arasında daha bir neçə prinsipial matç var ki, onların hamısına "Topaz"da canlı və "təkli" mərc etmək olar. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiniz.