Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyində (WADA) Xüsusi İşçi Qrupun üzvü seçilib.
Bu barədə Sportnte.az-a AMADA-dan məlumat verilib. Bildirilir ki, məşvərət funksiyasını daşıyan Xüsusi İşçi Qrupun məqsədi WADA-nın rəhbərliyinə bütün ölkələrin Milli Antidopinq agentliklərinin, qısa və uzunmüddətli proqramların effektivliyinə, dünyada dopinqə nəzarət strategiyası və planlarının təşviq edilməsi üzrə fəaliyyətə dair ekspert məsləhətləri, tövsiyələrinin verilməsi, metodiki dəstəyin göstərilməsidir.
Xüsusi İşçi Qrupun əsas vəzifələrindən biri noyabrda WADA Təsisçilər Şurasının Bakı toplantısında qəbul edilmiş geniş idarəetmə islahatları proqramının həyata keçirilməsində quruma dəstək göstərməkdir.









                 




    
    
    
    
    
    
    
    
    























































