
Tennis üzrə Böyük Dəbilqə seriyasından "Australian Open" turnirində finalçılar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, kişilərin yarışında həlledici görüşdə dünyanın bir nömrəli tennisçisi, serbiyalı Novak Cokoviçlə ikinci sıradakı ispaniyalı Rafael Nadal qarşılaşacaq. Cokoviç yarımfinalda fransalı Lüka Puyu məğlub edib - 6:0, 6:2, 6:2. Nadal isə yunanıstanlı Stefanos Tsitsipasdan üstün olub - 6:2, 6:4, 6:0. Kişilər arasında final görüşü yanvarın 27-də Bakı vaxtı ilə 12:30-da start götürəcək.
Daha əvvəl qadınların mübarizəsində finalda yaponiyalı Naomi Osaka ilə çexiyalı Petra Kvitovanın üz-üzə gələcəyi məlum olub. Həmin oyun yanvarın 26-da Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.