Xokkey
üzrə üç qat olimpiya çempionu Viktor Tixonov vəfat edib. Sportnet.az-ın
məlumatına görə, veteran xokkeyçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Xokkey üzrə Rusiyanın MOİK klubunun baş direktoru İqor Yesmantoviç Tixonovun xəstəxanada vəfat etdiyini bildirib: "Bu gün gecə saat 1-də Viktor vasilyeviç Tixonov uzun sürən xəstəlikdən sonra xəstəxanada vəfat edib. MOİK xokkey klubu olaraq dərin hüznlə baş sağlığı veririk və dəfnlə bağlı bütün məslələri öz üzərimizə götürürük. Hələlik mərhumla vida və dəfn vaxtı məlum deyil”.