Avstriyanın Qrats şəhərindəki Avropa çempionatına qatılan Azərbaycanın fiqurlu konkisürmə üzrə milli komandası problemlə üzləşib.
Sportnet.az-ın məlumata görə, idmançıların qaldıqları oteldə isti su olmayıb. Bu isə soyuq havaların hökm sürdüyü bir vaxtda narazılıqla qarşılanıb. Artıq məsələ həllini tapıb və isti suyun gəlməyə başlayıb. Təşkilatçılar yarış üçün ayrılan otellərdəki federasiya rəsmiləri və idmançılardan üzr istəyiblər.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edir. Litvintsev fərdi proqramda 9-cu yeri tutub. Ryabova isə mübarizəyə bu gün qoşulacaq.