
"Formula 1" pilotlarının öz ölkələrində keçirilmiş Qran-prilər zamanı ən yaxşı qələbələrinin siyahısı dərc olunub.
Sportnet.az-ın məlumatına görə, "Formula 1"in mətbuat xidmətinin hazırladığı "Top-10"da birinci yer böyük britaniyalı Naycel Mensellə məxsusdur. İkinci yerdə mərhum Ayrton Senna qərarlaşıb. Üçüncü yeri isə daha bir britaniyalı pilot Lüis Hemilton tutur.
1. Naycel Mensell - Böyük Britaniya Qran-prisi, Silverstoun (1987)
2. Ayrton Senna - Braziliya Qran-prisi, İnterlaqos (1991)
3. Lüis Hemilton - Böyük Britaniya Qran-prisi, Silverstoun (2008)
4. Fernando Alonso - Avropa Qran-prisi, Valensiya (2012)
5. Niki Lauda - Avstriya Qran-prisi, Osterrayxrinq (1984)
6. Cim Klark - Böyük Britaniya Qran-prisi, Silverstoun (1965)
7. Felipe Massa - Braziliya Qran-prisi, İnterlaqos (2008)
8. Mixael Şumaxer - Avropa Qran-prisi, Nürburqrinq (1995)
9. Cüzeppe Farina - İtaliya Qran-prisi, Montsa (1950)
10. Alen Prost - Fransa Qran-prisi, Dijon (1981).