
Gələn mövsümdən "Formula 1" komandası "Maklaren"də çıxış edəcək Oskar Piastrinin illik maaşı məlum olub.
Sportnet.az "Herald Sun"a istinadən xəbər verir ki, avstraliyalı pilot Britaniya komandasında mövsüm ərzində 775 000 ABŞ dolları qazanacaq.
Müqayisə üçün Piastrinin gələcək komanda yoldaşı Lando Norrisin maaşı 41 dəfə çox - 32 000 000 dollardır.
Qeyd edək ki, Oskar Piastri "Maklaren"lə iyulun 4-də müqavilə bağlayıb və "Alpin" komandasını planları barədə məlumatlandırıb. Lakin Fransa komandası onun 2023-cü ilədək heyətdə qalacağını açıqlayıb. Ardından Piastri təkzib bəyanatı verib və bildirib ki, yeni mövsümdən "Alpin"də çıxış etməyəcək. Sonradan Beynəlxalq Avtomobil Federasiyasının müqavilələr üzrə komissiyası onun "Maklaren"lə uzunmüddətli müqaviləsini təsdiqləyib.
Piastri yeni komandasında Daniel Rikkardonu əvəzləyəcək.