Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı start götürüb.
Sportnet.az xəbər verir ki, Azərbaycan milli komandası ilk turda İngiltərə ilə qarşılaşıb.
5 kateqoriya üzrə (kişilərin şəxsi və qoşa, qadınların şəxsi və qoşa və qarışıq qoşa) keçirilən oyunda meydan sahibləri rəqibinə 2:3 hesabı ilə məğlub olub.
Azərbaycan millisi növbəti turda İspaniya ilə üz-üzə gələcək. Fevralın 13-də keçiriləcək qarşılaşma saat 10:00-da başlayacaq.