"Red Bull” komandasının pilotları "Formula 1” üzrə Azərbaycan Qran Prisində mübarizəni dayandırıblar.
Sportnet.az xəbər verir ki, buna Daniel Rikkardo və Maks Ferstappenin idarə etdikləri pilotların bir-birləri ilə toqquşması səbəb olub.
Qeyd edək ki, hazırda 15 sürücü mübarizəni davam etdirir. Daha əvvəl Esteban Okon ("Force İndia”), Fernando Alonso ("McLaren”) və Sergey Sirotkin ("Williams”) yarışı yarımçıq dayandırıblar.









































































