Bakıda keçirilən “Formula 2” yarışında sıralama turuna yekun vurulub.
Sportnet.az xəbər verir ki, “Karlin” komandasının pilotu Nobuharu Matsuşita ən yaxşı göstəriciyə imza atıb - 1:54,555.
Qeyd edək ki, “Formula 2” üzrə ilk yarış aprelin 27-də keçiriləcək və saat 12:00-da start götürəcək. Bazar günü reallaşacaq ikinci yarış isə 13:10-da başlayacaq.