Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
Sportnet.az-ın məlumatına görə, "Prema Racing"dən Dennis Hauger sprint yarışında 14-cü dövrədə qoruyucu səddə çırpılıb.
Nəticədə 19 yaşlı pilot mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.