"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandası pilotu Mik Şumaxerlə yollarını ayıracaq.
Sportnet.az "Daily Mail"ə istinadən xəbər verir ki, ABŞ təmsilçisi 23 yaşlı sürücünün mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.
"Haas"ın rəhbəri Günter Ştaynerin fikrincə, Mik Şumaxer onların tələblərinə cavab vermir. Almaniyalı pilotu həmyerlisi Niko Hülkenberqin əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Mik Şumaxer 7 qat dünya çempionu Mixael Şumaxerin oğludur.