
Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanladığı müraciət müsbət qarşılanıb.
Sportnet.az xəbər verir ki, əldə olunan nəticəyə əsasən ISMF tərəfindən yarışların "Şahdağ" Turizm Mərkəzində keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarışlar beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Avropa Çempionatının 2026-cı ilin 4-8 mart, Dünya Kubokunun isə 6-8 mart tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.