Məşhur rusiyalı hokkeyçi Pavel Bure 2016-cı ildə ABŞ vətəndaşlığından imtina edib.
Sportnet.az-ın məlumatəna görə, bunu ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlər göstərir. 12 mövsüm Kanada və ABŞ klublarında Milli Hokkey Liqasında çıxış etmiş idmançının adı fevralın 9-da nazirliyin saytında yerləşdirilmiş ABŞ vətəndaşlığından imtina edən şəxslərin siyahısında yer alıb.
Qeyd edək ki, 2012-ci ildə Pavel Bure MHL-in Şöhrət zalına daxil edilib.