
Azərbaycanın fiqurlu konkisürənləri Samanta Ritter və Daniel Brıkalov Finlandiyanın Espoo şəhərində keçirilən Avropa çempionatında finala yüksəliblər.
Sportnet.az-ın məlumatına görə, buz üstündə rəqs üzrə qüvvəsini sınayan cütlük təsnfat mərhələsində hakimlərdən 51,55 xal alıb.
Yekunda 19-cu pilləni tutan idmançılar həlledici mərhələyə vəsiqə qazanıblar.
Qeyd edək ki, qitə çempionatına yanvarın 29-da yekun vurulacaq.