1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Qəbələ"nin bəyənmədiyi futbolçu öldü
Çinin "Tsindao Haynyu" klubunun futbolçusu Qoran Qogiç ölüb. Sportnet.az-ın "blic.rs"ə istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi məşqdən sonra dünyasını dəyişib.
O, komanda ilə birgə avtobusda gedərkən huşunu itirib. Serbiyalı oyunçu xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Qoran Qogiç 2013-cü ilin yanvarında "Qəbələ"də baxışda olub. Lakin o, Almaniyanın "İnqolştadt 04" komandası ilə oyunda ümidləri doğrultmayıb. Nəticədə Qogiçlə müqavilə bağlanılmayıb. Növbəti il "Srvena Zvezda"nın heyətində Serbiya çempionu olmuş təcrübəli futbolçu 2015-ci ilin yanvarında Çinə yollanıb.