
Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Mladost" klubu ilə qarşılaşacaq "Neftçi" qarşılaşmadan 2 gün öncə Monteneqroya yollanıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi "facebook" səhifəsi xəbər verib.
9 iyulda Podqoritsada keçirilək "Mladost"- "Neftçi" matçı Bakı vaxtı ilə 20:00-da keçiriləcək.
Qeyd edək ki, bu komandalar arasında "Bakcell Arena"da baş tutan ilk görüş 2:2 hesabı ilə başa çatıb.