Monteneqroda keçirilən "Mladost" - "Neftçi" matçından sonra meydanda toqquşma baş verib. Sportnet.az-ın məlumatına görə, hakimin final fiti səsləndirilən kimi futbolçular bir-birinin üzərinə hücum edib.
Toqquşmaya final fiti səslənər-səslənməz "Neftçi" futbolçularından birinin topsuz məkanda rəqibi vurması səbəb olub. Bu zaman ara qarışıb və bütün futbolçular və texniki heyət hadisə yerinə axışıb. Onlardan bəziləri davaya qoşulub. Kütləvi toqquşmada "Mladost"un futbolçusu Mirko Raykoviçi "Neftçi"nin ehtiyat qapıçısı Maksim Vaylonun itələməsi də diqqətdən yayınmayıb. Dərhal araya girən hakimlər və digər futbolçular tezliklə aranı sakitləşdiriblər.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bakıdakı ilk görüşdə 2:2 hesablı heç-heçəyə nail olan Monteneqro təmsilçisi səfər qolu sayəsində mərhələ adlayıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |