1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ŞOK! Kürdlər Kamran Ağayevin klubuna hücum etdi
Türkiyə Kubokunun II təsnifat mərhələsində "Kurtalanspor"la "Karşıyaka" arasında keçirilən matç siyasi qalmaqal üzündən təxirə salınıb. Sportnet.az-ın məlumatına görə, kürdlərin kompakt yaşadığı bölgədəki qarşılaşma 87-ci dəqiqədə yarımçıq qalıb.
Olaya "Kurtalanspor"un futbolçusu Ahmetin "Karşıyaka"lı futbolçuya qarşı sərt oyunu səbəbindən qırmızı vərəqə alması səbəb olub. Baş hakim Adem Elgörmüş kobudluğa yol verən oyunçunu meydandan qovub. Bu qərardan sonra yerli fanatlar meydana yad əşyalar atıblar. Onlar, həmçinin PKK və onun lideri Abdullah Öcalanın lehinə şüarlar səsləndiriblər. Referi isə oyunu təxirə salıb. Amma azarkeşlər bütün xəbərdarlıqlara rəğmən, intizamsız davranışlarını davam etdiriblər. Polis onları sakitləşdirmək üçün bibər qazı və su şırnaqlarından istifadə edib. OLaylar stadionun çölündə də davam edib.
"Karşıyaka"nın baş məşqçisi Cüneyt Dumlupınar bildirib ki, oyun öncəsi Kurtalan qəsəbə stadionunda Türkiyə himni səsləndirilməyib. O, komandasının qollarını vuran əcnəbi futbolçuların son terror olaylarında şəhid olan əsgər və polisləri anmaq üçün əsgəri salam verdikləri vaxt yad əşyalara "qonaq olduqlarını" açıqlayıb. Baş məşqçi lazımi təhlükəsizlik tədbirləri görüldükdən sonra stadionu tərk edə bildiklərini əlavə edib. Türkiyəli mütəxəssis əsgər maşınları və kütləvi olaylara müdaxilə avtomobilinin köməyi ilə qəsəbədən ayrıldıqlarını dilə gətirib.
Hadisə vaxtı "Karşıyaka" 3:1 hesabı ilə öndə olub. Yarımçıq qalan matçın taleyi ilə bağlı qərarı Türkiyə Futbol Federasiyası verəcək.
Qeyd edək ki, Azərbaycan millisinin qapıçısı Kamran Ağayev "Kurtalanspor"la görüşə aparılmayıb.