"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin II turunda qarşılaşacağı Rusiyanın "Krasnodar" klubu ötən mövsüm seksual futbol sərgiləməsi ilə tanınıb. Sportnet.az-ın məlumatına görə, komandanın oyununa belə ad qonşu ölkədə uzun müddət baş məşqçi kimi çalışmış monteneqrolu Miodraq Bojoviçin açıqlamalarından sonra verilib.
Bojoviç "Amkar", "Moskva", "Dinamo" (Moskva), "Rostov" və "Lokomotiv" komandalarına rəhbərlik etdiyi vaxt seksual futbol oynamağı tələb edib. O, "Krasnodar"da çalışmasa da, kubanlılar məhz baxımlı futbolla 2014-2015-ci il mövsümünün mükafatçıları sırasına düşüblər.
Lakin indi vəziyyət fərqlidir. Mövsümün əvvəlindəki qeyri-sabit oyun "Krasnodar"ın cəlbedici və gözəl oyununu unutdurub. Əvəzində diqqətlər tribunalardakı gözəllərə yönəlib. Onların arasında futbolçuların xanımları da var. 4 aydır qol vura bilməyən Arinin həyat yoldaşı Natalya və Vladimir Bıstrovun xanımı Alyona xüsusi fərqlənir.
Qeyd edək ki, "Krasnodar" - "Qəbələ" matçı Bakı vaxtı ilə 2 oktyab saat 00:05-də başlanacaq.